QR CodeQR Code

Müğənnilər YAP-a hücum çəkib

30 Apr 2011 22:53

IslamTimes - Bu günlərdə bir neçə gənc müğənni Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub.


Partiyanın vəsiqəsi onlara Naftalandakı istirahət mərkəzində təqdim edilib. Yeni üzvlərə vəsiqələri YAP-ın icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim edib.
Partiyanın icra katibi Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti Yeni Azərbaycan Partiyasına olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlılığını vurğulayıb.
Müğənni Nazim Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyib ki, o, YAP-ın vəsiqəsini bu günlərdə alsa da özünü əqidə etibarı ilə çoxdan YAP-çı hesab edir.
«Mən Heydər Əliyevlə beş dəfə görüşmüşəm, onların qayğısını həmişə hiss eləmişəm. Eyni zamanda ölkədə baş verən inkişaf prosesi məni qane elədiyinə görə qərara aldım ki, Yeni Azərbaycan Partiyasının üzvü olum». /HaqqYolu/


Story Code: 68970

News Link :
https://www.islamtimes.org/az/news/68970/müğənnilər-yap-a-hücum-çəkib

Islam Times
  https://www.islamtimes.org