QR CodeQR Code

Həbs MTN-nin sifarişi olub

1 May 2011 00:02

IslamTimes - Sumqayıt şəhər məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının mühakiməsi gedir Cabbar Savalanlının məhkəməsini izləyənlər arasında ictimaiyyətin fəal nümayəndələrilə yanaşı, ABŞ səfirliyinin, ATƏT-in təmsilçiləri də vardı.


Cabbar Savalanlı sərbəst ifadə verdi. O bildirdi ki, fevralın 5-də üzvü olduğu AXCP-nin müşavirəsindən çıxıb evə qayıdarkən binalarının girişində saxlanılıb: “Bloka girəndə 4 mülki geyimli şəxs qabağımı kəsdi. Kim olduqlarını soruşdum. Özlərini təqdim etmədilər. Məni maşına oturdub idarəyə gətirdilər. Maşından düşəndə məni gətirənlərdən biri dedi ki, ”Mübariz Ibrahimovdan, şəhidlərdən yazaydın da, yoxsa ağzına gələni yazırsan. Indi yaz görüm, necə yazırsan?!". Idarəyə çatanda polis rəisinin müavini Azər Cahangirov məni gətirənlərin üstünə qışqırdı ki, bunun qoluna niyə qandal vurmamısınız?
Biz “Facebook”da fevralın 11-nə “Qəzəb günü” aksiyası təyin etmək istəyirdik. Aksiyanı Azadlıq meydanında keçirəcəkdik. Fevralın 4-də bununla bağlı “Facebook”da yazışmalarımız olmuşdu. Bildim ki, məni buna görə tutublar. Fikirləşdim ki, yəqin digər cəbhəçilər kimi məni də sorğu-sual edib buraxacaqlar. Hardan biləydim ki, cibimə narkotik atacaqlar... Mənə dedilər, qol çək ki, hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilib və üstündən bu çıxıb. Qol çəkmədim, başladılar başıma vurmağa, məni stola yıxıb başıma vururdular ki, qol çək, söyürdülər.
Əməliyyat müvəkkili Faiq Mirzəyevin otağına apardılar. Faiq mənə dedi ki, sənə kömək edə bilməyəcəm. Dedi ki, “sənin qələmin yuxarıdan sındırılıb. Sənin həbsin MTN-nin göstərişilə olub”. Dedi ki, “mən Möhsün Səmədovun boynuna qoydurmuşam. Sənin də boynuna qoyduracağam”.


Story Code: 68983

News Link :
https://www.islamtimes.org/az/news/68983/həbs-mtn-nin-sifarişi-olub

Islam Times
  https://www.islamtimes.org