0
Wednesday 20 December 2017 - 22:11

HƏMAS: “ABŞ-ın BMT-ni hədələməsi siyasi terrordur”

Story Code : 691406
HƏMAS: “ABŞ-ın BMT-ni hədələməsi siyasi terrordur”
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri, sosial şəbəkədən bütün dövlətlərə müraciət edərək, ABŞ prezidenti Donald Trampın qərarının qarşısında dayanmalarını istəyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirmişdi. “Səsini vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyinizi də istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən, bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - deyə Heyli elektron məktubda qeyd etmişdi.
BMT-nin dekabrın 22-si Qüdsü işğalçı İsrail rejiminin paytaxtı kimi qəbul edən ABŞ-ın qınanmasını nəzərdə tutan bir qərar layihəsini müzakirə edəcəyi gözlənilir.
Dekabrın 18-i keçirilən səsvermədə Amerikanın qərarı veto etməsindən sonra, Türkiyə və Yəmən İƏT və Ərəb Liqası adından BMT-ni fövqəladə iclasa dəvət ediblər.
Source : Deyerler
Comment