0
Thursday 21 December 2017 - 17:36

Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib

Story Code : 691545
Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib
APA-nın məlumatına görə, bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Fələstin və Qüds Baş müftisinin müavini İbrahim Xəlil Məhəmməd Avadallah deyib.

O, müsəlman dünyası ABŞ-a birlikdə ciddi təzyiq etməyə çağırıb: “Biz müsəlmanlar qanunun, haqqın tərəfdarıyıq. Amma bu gün ABŞ rəhbəri Tramp bizə qarşı ən haqsız qərar verib. Qüdsü müsəlmanlardan zorla qoparmaq istəyir. Biz bu sevinci ona yaşayatmayacağıq. Heç kimin ixtiyarı yoxdur ki, başqasının haqqını alsın. O cümlədən də ABŞ-ın belə bir haqqı yoxdur”.

Baş müftinin müavini bildirib ki, bölgə müsəlmanları bütün dinlərdən olan ibadətgahlara ehtiramla yanaşır: “Amma bu gün bu qərarla istəyirlər ki, siyasi oyun oynayıb, bunu pozsunlar. Heç kim bu oyunu göz ardına almamalıdır”.
Source : Deyerler
Comment