QR CodeQR Code

Tripolidə Qərb səfirliklərinə hücum edilib

2 May 2011 07:11

IslamTimes - Liviyadakı Britaniya və İtaliya səfirlikləri NATO-nun Müəmmər Qəzzafinin ailəsinin üzvlərinin ölümləri ilə nəticələnən hava zərbələrinə cavab olaraq hücumlara məruz qalıblar.


Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Britaniya xarici işlər naziri Uilyam Huq səfirliklərə edilən hücumları pisləyib və bildirib ki, onu hökuməti Liviyanın Britaniyadakı səfirini qovacaq. O, diplomatik missiyaları hücumların Vyana Konvensiyasına zidd olduğunu bildirib.

İtaliya həmçinin Tripolidəki səfirliyinə hücum edildiyini təsdiqləyib. Rəsmi Roma Qəzzafi hökumətini xarici səfirlikləri qorumamaqda ittiham edib. Əksər Qərb dövlətləri öz səfirliklərini Tripolidən bir neçə həftə əvvəl çıxarıblar.

Milli.Az


Story Code: 69247

News Link :
https://www.islamtimes.org/az/news/69247/tripolidə-qərb-səfirliklərinə-hücum-edilib

Islam Times
  https://www.islamtimes.org