0
Monday 2 May 2011 - 08:19

Dövlət sonadək vilayəti-fəqihə arxalanacaq

Story Code : 69259
Dövlət sonadək vilayəti-fəqihə arxalanacaq
Dövlət sonadək vilayəti-fəqihə arxalanacaq
Ötən gün günorta saatlarında İran prezidenti Mahmud Əhmədinejad Nazirlər Kabinetinin iclası zamanı dedi:
"Vilayəti-fəqih nəzəriyyəsi mərhum imam Xomeyninin (r.h) fikirlərinin əsasını təşkil edib. İran İslam Respublikasının banisi vilayəti-fəqih prinsipləri əsasında kapitalizm və marksizmlə mübarizədə yeni idarəetmə üsulu hazırladı. Uyğun idarəetmə üsulu bizim etiqadlarımızla bağlıdır və bizi Allah göstərişləri ilə əlaqələndirən bir zəncirdir. Bu idarəetmə üsulunu peyğəmbərlər bəşəriyyətə hədiyyə gətiriblər.

Vilayəti fəqih imam-zamanın (ə.c) yoludur 

İran prezidenti əlavə etdi:
“Əgər bu məsələni bir cümlə ilə izah etməli olsam, deməliyəm ki, vilayəti-fəqih imam-zamanın (ə.c) yoludur!”
Comment