QR CodeQR Code

İranın "Qüds" briqadası HƏMASa dəstək verəcək

Faktxeber , 26 Dec 2017 22:24

Islamtimes - İranın İnqilab Keşikçilər Korpusuna bağlı "Qüds" elit briqadasının komandanı general Qasim Süleymani bildirib ki, ölkəsi İsraillə müharibədə HƏMAS təşkilatını dəstəkləyəcək


FaktXəbər-in "Ynet" saytına istinadən verdiyi məlumata görə, bu barədə ictimaiyyətə təşkilatın Qəzza zolağındakı lideri İhya Sarvan məlumat verib.

Bildirilir ki, iranlı general HƏMAS lideri ilə telefon danışığında hərtərəfli dəstək və Qüds uğrunda mübarizə üçün bütün resusrlarla təmin olunmaq barədə zəmanət verib.

Qeyd edək ki, İran və HƏMAS arasında münasibətlər uzun müddət dondurulub, lakin onlar təşkilatın rəhbərliyinin dəyişdirilməsindən sonra xeyli yaxşılaşıb.


Story Code: 692720

News Link :
https://www.islamtimes.org/az/news/692720/iranın-qüds-briqadası-həmasa-dəstək-verəcək

Islam Times
  https://www.islamtimes.org