QR CodeQR Code

Misir sionist rejimə sərt cavab verdi

IslamTimes , 2 May 2011 11:24

Translator :

Islamtimes - “Qarışmağa haqqın yoxdur” .


islamtimes.org/az/ - Misir Baş Qərargah rəisi Annan mətbuata verdiyi açıqlamada "Sionist rejimin Misirin Qəzza ilə sərhədindəki Rəfəh Sərhəd Qapısıyla əlaqədar aldığı qərara qarışmağa haqqı yoxdur. Çünki bu Misir-Fələstin məsələsidir" kimi fikir bildirmişdir.

“əl-aləm” xəbər agentliyinin verdiyi məlumata görə Misir Xarici İşlər Naziri Nəbil əl-Ərəbi, Həmas və Fəth arasında razılaşma əldə edildikdən bir gün sonra Cümə axşamı verdiyi açıqlamasında, Rəfəh Sərhəd Qapısının açılması üçün bir həftə içində əhəmiyyətli addımlar atacaqlarını xatırlatmışdır.

Beş ildir mühasirədə olan Qəzza xalqı, sərhəd qapısının açılmasını dörd gözlə gözləyir. Sionist rejimin qarşısında süqut etmiş Misir rəhbərliyinin də Qəzzanı mühasirəyə alması Qəzza sektorunda bir sıra problemlər meydana gətirmişdi.

Xatırladaq ki, Mübarək rejimindən sonra Misirdə rəhbərliyə gələn müvəqqəti hökumət mühasirəyə və sərhəd qapısına açılmasına son verəcəyinə söz verib.


Story Code: 69303

News Link :
https://www.islamtimes.org/az/news/69303/misir-sionist-rejimə-sərt-cavab-verdi

Islam Times
  https://www.islamtimes.org