0
Friday 29 December 2017 - 17:00

İraq Kürdüstanının sensasiyalı siması həbsdən azad edilib

Story Code : 693301
İraq Kürdüstanının sensasiyalı siması həbsdən azad edilib
“Spemedia” saytının verdiyi xəbərə görə, Şahsuvar Əbdülvahid hakimin hökmü ilə azad edilib. Bu barədə onun vəkili məlumat verib.
Şahsuvar Əbdülvahid İraq Kürdüstanında son xalq etirazları zamanı xarici səfərdən qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən Süleymaniyyə hava limanında həbs edilmişdi və Kürdüstan Muxtar Hökumətinin Mədəniyyət Nazirliyinin göstərişi ilə ona bağlı “ntr” kanalının yayımlanması dayandırılmışdı.
Ş. Əbdülvahid Kürdüstan referendumunun sərt tənqidçilərindəndir və muxtar hökumətin parlamentində iştirak etmək məqsədilə “Yeni nəsil” partiyasını təsis edib.
Source : Nur.az.com
Comment