QR CodeQR Code

Səudiyyədə cümə xütbəsində ictimai-siyasi məsələlərdən danışmaq qadağan edildi

İslamazeri , 1 Jan 2018 00:09

Islamtimes - Səud rejimi cümə xütbəsində ictimai-siyasi məsələlərdə danışılmasını qadağan edib


İslamazeri.com "Alalam"a istinadən xəbər verir ki, Səudiyyədə cümə xütbəsində ictimai-siyasi məsələlərə toxunmaq qadağan edilib. Səudiyyənin baş müftisi Əbdüləziz bin Abdullah Əl-Şeyx fətva verib. Fətvaya görə, cümə xütbəsində ictimia və siyasi məsələlərə toxunmaq olmaz.

Əkaz qəzetinə müsahibəsində baş müfti "Vaiz, insanları ilahi qəzəbi xatırlatmalı, yaxşılığa dəvət edib Allaha itaətə çağırmalıdır. Moizələrdə namaz, zəkat, sədəqə və orucdan danışmaq lazımdır", -deyə qeyd edib.

O cümə namazında ictimai-siyasi məsələrdən danışmağın cümə namazına zidd olduğunu bildirərək, bu cür söhbətlərin yaxşı olmadığını deyib.

Əbdüləziz bin Abdullah Əl-Şeyxin bu fətvanı Səud kralı Məhəmməd bin Salmanın evinə etdiyi ziyarətdən 3 gün sonra verməsi diqqətdən qaçmayıb.


Story Code: 693855

News Link :
https://www.islamtimes.org/az/news/693855/səudiyyədə-cümə-xütbəsində-ictimai-siyasi-məsələlərdən-danışmaq-qadağan-edildi

Islam Times
  https://www.islamtimes.org