QR CodeQR Code

Seyid Həsən Nəsrullah əməl meydanının adamıdır

Nur.az.com , 1 Jan 2018 01:11

Islamtimes - Livanın sabiq prezidenti Livan müqavimət hərəkatından silahların alınması ilə bağlı təlaşlara münasibət bildirərək deyib: “Müqavimətin silahları qalmalıdır. Çünki bu silahlar Livan ordusunun silahlarını təkmilləşdirir.”


Emil Lahud Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın Qüdsə dəstək aksiyasındakı son çıxışına işarə edərək deyib: “Mən Seyid Həsəni yaxşı tanıyıram. O, dediyi sözə əməl edən adamdır. Seyid adi siyasətçilər kimi deyil. Seyid Həsən Nəsrullah “biz milyonluqla Qüdsə yola düşərik” dedikdə və Qasim Süleymani İraq və Suriyadakı qələbələrdən sonra Fələstin müqaviməti ilə əlaqə saxlayaraq hər cür dəstək verməyə hazır olduğunu bildirdikdə, İsrail öz hesablamalarına yenidən baxır.”


Story Code: 693860

News Link :
https://www.islamtimes.org/az/news/693860/seyid-həsən-nəsrullah-əməl-meydanının-adamıdır

Islam Times
  https://www.islamtimes.org