0
Thursday 4 January 2018 - 22:39

İran ABŞ-dan BMT-yə şikayət edib

Story Code : 694815
İran ABŞ-dan BMT-yə şikayət edib
APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrounun BMT-yə unvanladığı rəsmi şikayətdə ABŞ İranın daxili işlərinə qarışmaqda və zorakılığı təşviq etməkdə ittiham olunur. Sənəddə qeyd edilib ki, ABŞ beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir: “Donald Trampın rəhbərlik etdiyi ABŞ Administrasiyası son günlər davamlı olaraq İranın daxili işlərinə qarışıb, zorakılıq və vandalizmə gətirib çıxara biləcək aksiyalara dəstəyini ifadə edib. ABŞ və onun köməkçiləri “Twitter” sosial şəbəkəsindəki tvitlərində iranlıları təxribatçı hərəkətlərə təhrik edir. İran bütün ölkələrdən bu təhlükəli siyasətin müzakirə edilməsini gözləyir. ABŞ BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etməlidir”.
Comment