0
Saturday 6 January 2018 - 10:11

Vasiliy Nebenzya: “ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb”

Story Code : 695162
Vasiliy Nebenzya: “ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb”
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranda etirazlara həsr olunmuş toplantısının əsl məqsədi Tehranla nüvə sazişini pozmaqdır. ABŞ-ı İran xalqının mənafeyi maraqlandırmır”, deyə diplomat qeyd edib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki bəyan edub, dünya ictimaiyyəti İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izləyir. "Dünya sizin nə etdiklərinizi izləyəcək " - deyə Heyli vurğulayıb.

Qeyd edək ki, BMT TŞ İrandakı vəziyyətlə əlaqədar iclas keçirir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir.

İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
Source : Apa
Comment