QR CodeQR Code

Trampın İslamabada qarşı qəzəbinin səbəbi bilindi

Nur-az.com , 5 Jan 2018 11:13

Islamtimes - ABŞ-Pakistan münasibətləri tarixin müəyyən vaxtlarında enişli-yoxuşlu olsa da, son bir həftədəki kimi gərgin olmamışdı. Həm də bu gərginlik heç bir müqəddimə olmadan birdən-birə ortaya çıxdı.


ABŞ prezidenti Tramp İslamabadı terrorçu qruplara sığınacaq verməkdə suçladı. Halbuki, bu heç də məntiqi bir bəhanə deyil. Çünki bütün dünya bilir ki, Taliban və digər terrorçu qruplar illərdir ki, Pakistanda yuva qurub və fəaliyyət göstərir.
Bundan sonra iki ölkə rəsmiləri arasında söz savaşı başladı. Pakistan rəsmiləri bildirdi ki, bizim demək üçün indiyə kimi üstü açılmamış sözlərimiz var. Bunun ardınca Pakistanın xarici işlər naziri Xacə Məhəmməd Asif dedi: “Onun dövləti tezliklə Trampın ittihamların cavab verəcək və bundan sonra məlum olacaq ki, terrorçulara sığınacaq verən hansı ölkədir.”
Bu istiqamətdə regional məsələlər üzrə ekspert və yazıçı Nəbih əl-Burci Livanın “Əl-Diyar” qəzetində (4 yanvarda) dərc olunan məqaləsində açıqlayıb ki, Amerika və müttəfiqləri İranda baş verən iğtişaşlar üçün proqram hazırlamışdı. Bu proqrama əsasən, İslamabad İranın daxilindəki terrorçu qruplara hərbi təchizat çatdırmaq üçün körpü olmalı idi. Lakin ABŞ-ın bu istəyi Pakistan dövlətinin müxalifəti ilə qarşılandı. Bu məsələ ABŞ prezidentini bərk əsəbləndirdi və İslamabadı terrorçulara sığınacaq verməkdə ittiham etdi. Bunun ardınca Pakistan Trampın Qüdslə bağlı qərarına və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşı çıxan bir mövqe sərgilədi, İranı müdafiə edəcək mövqeinin üstündə dayandı. Beləliklə, Trampın qəzəbi pik həddə çatdı və dərhal Pakistana edilən maddi yardımın dayandırılması haqda göstəriş verdi.
Bu mövzunun ifşa olunmasını son günlərdə Pakistanın vəzifədən uzaqlaşdırılmış sabiq baş naziri Nəvaz Şərif və onun qardaşı Şahbazın Ərəbistanın kral ailəsinə məxsus təyyarəsi ilə Riyada səfəri və bu ölkənin məsulları, o cümlədən vəliəhd Məhəmməd bin Salmanla bağlı qapı arxasında görüşünə diqqət etməklə daha yaxşa başa düşmək olar.


Story Code: 695187

News Link :
https://www.islamtimes.org/az/news/695187/trampın-islamabada-qarşı-qəzəbinin-səbəbi-bilindi

Islam Times
  https://www.islamtimes.org