QR CodeQR Code

Əfqanıstanda 15 İŞİD-çi öldürülüb

8 Jan 2018 17:26

IslamTimes - Əfqanıstanda hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında baş verən toqquşma zamanı 15 terrorçu öldürülüb, daha 20-si yaralanıb.


APA-nın məlumatına görə, bu barədə "TOLO News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən yayıb.
 
 
Telekanalın məlumatına əsasən, atışma ötən gecə ölkənin şimalında Kunar vilayətinin Çavki rayonunda baş verib.
 
 
Terrorçular təhlükəsizlik postlarına hücum ediblər. Döyüşlər zamanı həmçinin 3 polis ölüb və 13-ü yaralanıb.
 
 
 
Toqquşmanın davam etdiyi bildirilir. 


Story Code: 695733

News Link :
https://www.islamtimes.org/az/news/695733/əfqanıstanda-15-işid-çi-öldürülüb

Islam Times
  https://www.islamtimes.org