QR CodeQR Code

Bəhreyn İslami Üləma Məclisinin üzvü "Şeyx Həsən Abdullah Əhməd :

Regiondakı qiyamların ilham mənbəyi İran İslam İnqilabıdır

IslamTimes , 3 May 2011 14:39

Translator :

Islamtimes - Bu gün Bəhreyndə yaşanan faciələr ABŞ-ın dəstəkləməsi sayəsindədir.


islamtimes.org/az/ - Bəhreyn İslami Üləma Məclisinin üzvü "Şeyx Həsən Abdullah Əhməd" dünən İranın Kirman şəhəri Şəhid Bahonər Universiteti tələbələri arasında etdiyi çıxışında "Bəhreyn inqilabı, bölgədəki digər bütün inqilablardan fərqlidir. Belə ki, digər inqilabların heç birində məscid və hüseyniyyə dağıdılmadı. Heç birində xəstəxanalara hücum edilmədi və heç birində populist nümayişləri yatırtmaq üçün başqa ölkələrdən hərbi qüvvə müdaxiləsi olmadı" demişdir.

"Şeyx Əhməd" daha sonra "Hal-hazırda 1500 adam bu hadisələr məzmununda Bəhreyn həbsxanalarında məhbus olaraq qalır ki, bunlardan bəziləri həkim, müəllim, universitet və lissey tələbələri olmaq üzrə 100 qadın və qızlardan ibarətdir.

Bəhreyn sahəsi kiçik və əhali nisbəti az olan bir ölkədir. Buna görə, həbsxanadakıların sayını, yalnız 500.000-i Bəhreyn əslli olan əhalinin hamısıyla müqayisə etdiyimizdə, bir xeyli insanın içəridə məhbus olduğunun şahidi olarıq. " deyə əlavə etdi.

Bəhreyn İslami Üləma Məclisi üzvü "Şeyx Abdullah Əhməd" çıxışının sonunda, Bəhreynin Krallığın zülm və boyunduruğundan xilas olmaq üçün qiyam edən İran xalqından ilhamlanaraq qiyam qaldırdığının vurğulayaraq "Bölgədəki inqilab və populist qiyamların hamısının ilham qaynağı İran İslam İnqilabıdır. İranın inqilabı zərər görsə, bölgədəki digər inqilablar da eyni şəkildə zərər görəcəklər" dedi.

Bahreynli bu səlahiyyətli əlavə olaraq "Bu gün Bəhreyndə yaşanan faciələr ABŞ-ın dəstəkləməsi sayəsindədir. Lakin Səudiyyə Ərəbistanı, Bəhreynli bir çox günahsız insanın öldürülməsində, torpaqlarının əllərindən alınmasında və müxtəlif şəkillərdə hücumlar edilməsində yalnız bir vəsilədir"


Story Code: 69580

News Link :
https://www.islamtimes.org/az/news/69580/regiondakı-qiyamların-ilham-mənbəyi-iran-islam-inqilabıdır

Islam Times
  https://www.islamtimes.org