0
Monday 8 January 2018 - 23:06

Ərəbistan və İsrailin İran əleyhinə gizli ittifaqı

Story Code : 695811
Ərəbistan və İsrailin İran əleyhinə gizli ittifaqı
Almaniyanın “Handelsblatt” qəzeti bu barədə yazıb: “Orta Şərqdə 2 fərqli və bərabər olmayan şərik bir birini tapıb; İsrail və Səudiyyə Ərəbistanı. Qeyd etmək lazımdır ki, bu 2 ölkənin bir biri ilə heç bir diplomatik əlaqəsi yoxdur. Lakin onların, İranın bölgədə olan gücünün artmasıyla bağlı ortaq nigarançılıqları var. Onların hər ikisi İranı özlərinə düşmən olaraq görür. Onların hər ikisi İranın bölgədə şöhrətpərəstliyi ilə mübarizə etmək niyyətindədir.”
Qəzetin yazdığına görə ekspertlər, 2 tərəfin gizli həmkarlıqlarının yeni ildə daha da artacağı qənaətindədirlər.
İsraillə Fələstin arasında olan münaqişələrin artdığı bir dönəmdə İsrail rejimi ilə səfir mübadiləsi aparmaq ərəblər tərəfindən mənfi hal kimi qələmə verilir. Son günlərdə İsrailin şahmat oyunçularının, dekabr ayının 30-da Riyadda keçiriləcək dünya yarışlarında iştirak etməsinin qarşısı alındı.
Yazar bildirir: “Bütün bunlara baxmayraq, 2 dövlətin həmkarlıqları daha da yaxşılaşıb. Avropalı silah satıcısının dediyinə görə, səudiyyəlilər İsrail məhsullarının alışını müzakirə edirlər. Həmçinin, Yəmənin raket hücumlarının qarşısını almaq üçün İsrail məxsus “dəmir qübbə”-dən istifadə etmək niyyətindədirlər. Bundan əlavə Səudiyyə Ərəbistanı, İsrailin tanklar əleyhinə bir başa müdafiə sistemi olan APS adlı sistemlərini əldə etməyə əlaqəlidirlər.”
Qəzet 2 tərəfin təhlükəsizlik əlaqələrinin inkişafından xəbər verərək bildirib: “Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı bu barədə İsraillə bir başa əlaqə qurmaqla müxalifdir. Lakin Səud ziyalılarının qorxusunda İsrail nümayəndələri ilə əlaqələri azalıb.
Məsələn dekbar ayının əvvəllərində ABŞ-ın CİA təşkilatı elan etdi ki, Səudiyyə Ərəbistanı İsrail və digər sünni ölkələriylə terrorla mübarizə məqsədiylə İsraillə həmkarlıq edir. Bundan öncə də İsrialin enerji naziri Səud rejimi ilə daha sıx əlaqələrdən söz açmış və Riyadın göstərişiylə bu məsələlər gizli saxlanılmışdı.”
Həmçinin ekspertlərin bildirdiyinə görə, Riyad və Tel-Əviv arasında cəsusluq həmkarlıqları da mövcuddur. Bundan əlavə Səud rəsmiləri özlərini məşhur israillilərlə birlikdə göstərirlər.
Yazar, son aylarda 2 tərəfin məmurlarının görüşlərinə toxunub.
Bu yazının davamında gəlib ki, İsrailin məşhur nazirlərinin əksəri Səud rejimi ilə əlaqələrinin gücləndirilməsi barədə düşünürlər.
Source : Nur.az.com
Comment