QR CodeQR Code

Sionist rejim “İbrahim məscidi” nin azanını susdurur

IslamTimes , 3 May 2011 15:01

Translator :

İslamtimes - Sionist işğalçı rejim keçən ayda əl-Xəlil şəhərində olan İbrahim Məscidində 68 dəfə azanın oxunmasına maneə törətdi.


islamtimes.org/az/ - Əl-Xəlil şəhərinin ruhani alimi Zeyd əl-Cəbri mətbuat konfransında belə açıqlama verdi: "Sionist rəhbərliyi, Həzrəti İbrahim Məscidində əvvəllər qəsb edilib Sionist qəsbkar Yəhudilərə aid edilən məkana ayin üçün gələn Yəhudiləri guya narahat etdiyi üçün keçən ay 68 dəfə məsciddə azanı susdurmuşlar."

Sionist rəhbərliyinin müsəlmanların ibadət məkanlarına və şüarlarına qarşı düşmən kəsilməsi davam etdirdiyinə diqqət çəkən əl-Cəbri, bu rəhbərliyin zalım tətbiqləriylə səmavi və bəşəri hüququn zəmanət altına aldığı ibadət azadlığını pozduğunu bildirib.

Sionist rəhbərliyi əl-Xəlil şəhərində olan İbrahim Məscidini həmişə nəzarət altında tutur, namaz qılmaq üçün məscidə gələn müsəlmanları müxtəlif vasitələrlə bezdirir, məscidə girmələrinə çətinlik yaradır və xüsusən də minarələrində azanın oxunmasına mane törədirlər.


Story Code: 69587

News Link :
https://www.islamtimes.org/az/news/69587/sionist-rejim-ibrahim-məscidi-nin-azanını-susdurur

Islam Times
  https://www.islamtimes.org