0
Saturday 13 January 2018 - 01:00

Səəd Həriri: “Hizbullah Livanda sabitliyin mühüm amilidir”

Story Code : 696666
Səəd Həriri: “Hizbullah Livanda sabitliyin mühüm amilidir”
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Amerikanın bir qəzetinə müsahibə verən Həriri Hizbullahla qarşı-qarşıya gəlməyə meyilli olmadıqlarını qeyd edib.

Livanı İran ilə Səudiyyə rejiminin arasındakı ixtilaflardan kənar tutmağa çalışdığını deyən Həriri, belə danışıb: “İran ilə Ərəb ölkələri arasında münasibətlər daha yaxşı bir səviyyəyə irəliləyərək, bizim milli maraqlarımızın xeyrinə olmalıdır”.

Livanın baş naziri müsahibəsində Səudiyyə rejiminin regional siyasətlərini isə belə şərh edib: “Səudiyyə heç bir zaman ölkəmizin daxili işlərinə qarışmadı. Bununla yanaşı, onların Livana iqtisadi yardım göstərmək üçün hazır olmalarına ümid edirəm”.
Source : Deyerler
Comment