0
Sunday 14 January 2018 - 21:22

Allah insanların bəzisini digər bəzisi ilə dəf etməsəydi...

Story Code : 697080
Allah insanların bəzisini digər bəzisi ilə dəf etməsəydi...
Bu ayədə mücahidənin fəlsəfəsi kimi fitnəni aradan qaldırmaq və İlahi dini qorumaq nəzərdə tutulmuşdur. (Həvzəh)
Quranın başqa ayəsində buyurulur: “Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı.

Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir”. (“Həcc” 40).

Bu ayədə mücahidənin fəlsəfəsi – müdafiə, insanların dinini və dindarlığını qorumaq və Allaha ibadət etməkdir.

Ona görə də deyə bilərik ki, mücahidənin əsil fəlsəfəsi – İlahi dini qorumaq və fitnəni aradan apararaq, insanların dindarlığını müdafiə etməkdir.
Source : Deyerler
Comment