0
Wednesday 4 May 2011 - 10:10

İsrail qırıcıları İraq səmasında

Story Code : 69727
İsrail qırıcıları İraq səmasında
İsrail qırıcıları İraq səmasında
"IslamTimes"-a İraqdakı "Müqtəda əs-Sədr" qrupuna yaxın mənbələrdən maraqlı məluamat daxil olub. Bu məlumatda bildirilir ki, İraqın cənub məntəqəsində yerləşən Əl-Ənbar vilayətindəki "əs-Səd" hərbi hava bazasına çoxlu sayda İsrail qırıcısı yerləşdirilib. "Əs-Səd" hərbi hava bazası ABŞ-ın Əl-ənbar vilayətindəki ən böyük bazasıdır.

Bazada yerləşdirilmiş arsenala KC10, U2, F15, F16, F18 və F22 qırıcıları daxildir.

Daxil olan xəbərlərə əsasən, bu qırıcıların, uçuş təlimi bir həftəyə yaxın davam edib və gecələr baş tutub.

"Müqtəda əs-Sədr" qrupuna yaxın mənbənin bildirdiyinə görə təlimlərdə məqsəd İranın havadan müdafiə sisteminə hücum üçün hazırlıqdır. Onlar radarları sıradan çıxarmaqla İran torpaqlarındakı strateji hədəflərə hücum etmək niyyətindədir.

Deyilənlərə əsasən, bu təlimlər İraq rəsmilərindən gizli şəkildə ABŞ hərbiçilərinin iştirakı ilə keçirilib.
ABŞ-ın İraq torpaqlarında bir çox hərbi hava bazası var. İraq dövləti isə bu bazalara təyyarələrin daxil edilib, çıxarılmasına müdaxilə edə bilməz.
Comment