0
Tuesday 16 January 2018 - 09:28

Nigeriya İslam Hərəkatı Şeyx Zəkzəki barədə bəyanat verdi

Story Code : 697384
Nigeriya İslam Hərəkatı Şeyx Zəkzəki barədə bəyanat verdi
Deyerler.org xəbər verir ki, Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa Mehrnews-a müsahibəsində, son günlər Şeyx İbrahim Zəkzəkinin jurnalistlər qarşısındakı çıxışını belə qiymətləndirib: "Şeyx Zəkzəkinin jurnalistlərlə görüşməsi, problemlərinin və ya xəstəliyinin həll olunması sayılmır. İndi Şeyx Zəkzəkinin səhhətinin necəliyini öyrənmənyin yeganə yolu tibbi analizlərin edilməsidir və xəstəxanada şeyxin üzərində fiziki müayinə aparılmasıdır. Şübhəsiz, Şeyx Zəkzəkinin fiziki vəziyyətini yaxşılaşdıracaq düzgün müayinələrin təcili edilməsi şərtdir”.

“Nigeriya rəhbərliyi Şeyx Zəkzəkinin səhhətilə yaxından maraqlanırmı?” sualına İbrahim Musa belə cavab verib: “Hökumət rəsmiləri indiyə qədər Şeyx Zəkzəkinin səhhəti ilə bağlı hər hansı bir addım atmayıb. Əksinə, müalicə almasına da hökumət tərəfindən maneələr yaradılıb”.

Sözçü Nigeriya İslam Hərəkatının Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün səy göstərdiyini də bildirib: “Şeyx Zəkzəkinin müalicə edilməsilə birlikdə, mövcud vəziyyətdən çıxmaq üçün əlimizdən gələn hər şeyi edirik. Bu məqsədlərimizə çatmaq məqsədilə işlərimizə davam edəcəyik”.
Source : Deyerler
Comment