0
Thursday 18 January 2018 - 13:09

NATO-ya ŞOK – Rusiyaya qarşı istehsal edilən 3 milyardlıq gəmilər “suya qərq oldu”

Story Code : 698025
NATO-ya ŞOK – Rusiyaya qarşı istehsal edilən 3 milyardlıq gəmilər “suya qərq oldu”
Publika.az xəbər verir ki, sınaq zamanı çox sayda problemin olduğu aşkar edilib və gəmilər dərhal emalatxanaya geri qaytarılıb.
 
Qərb mediası NATO-nun silahlı qüvvələrində önəmli yer tutan və səbrsizliklə gözlənilən 3 milyard avro dəyərindəki gəmi layihəsini Almaniyanın müdafiə sənayesinin ən böyük uğursuzluğu kimi təqdim edib.
 
F125 gəmilərinin ən böyük özəlliyi onun ali səviyyəyə qədər inkişaf etdirilən avtomomatlaşdırılmış sistemləridir. Bu sistem sayəsində 150 metr uzunluğu olan gəmidə 120 nəfərlik heyət yer ala bilir.
 
Ancaq dənizdə aparılan sınaqlar gəminin avtomatlaşdırılmış “beynində” elektrik problemləri olduğunu və radar sisteminin balanssız işlədiyini, həmçinin gəminin sağ tərəfə meyilləndiyini üzə çıxarıb.
 
“Wall Street Journal”ının yayımladığı məqaləyə görə, gəmidəki problemlər həll edilsə belə, nə terrorçuların gəmi əlehinə raketlərinə, nə də Rusiya donanmasının sualtı gəmilərinə qarşı davamlı olacaq.
Comment