NATO-nun baş katibi Anders Foq Rasmussen Liviyaya qarşı hərbi əməliyyatın nə qədər davam edəcəyini bilmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rasmussen bu məsələnin təkcə NATO-dan asılı olmadığını deyib: “Nə qədər ki, Qəddafi hakimiyyətdədir, dinc əhaliyə qarşı hücumların dayandırılacağını güman etmək çətindir”.
Baş katib Liviya probleminin yalnız hərbi yolla həll edilməsinin mümkün olmadığını təkrarlayıb. O, Qəddafi ölərsə əməliyyatın davam etdirilib-etdirilməyəcəyi sualına cavab verməyib.