QR CodeQR Code

Liviyada əməliyyatlar nə qədər davam edəcək?

5 May 2011 08:01

IslamTimes - NATO-nun baş katibi Liviyaya qarşı hərbi əməliyyatın nə qədər davam edəcəyini bilmir


NATO-nun baş katibi Anders Foq Rasmussen Liviyaya qarşı hərbi əməliyyatın nə qədər davam edəcəyini bilmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rasmussen bu məsələnin təkcə NATO-dan asılı olmadığını deyib: “Nə qədər ki, Qəddafi hakimiyyətdədir, dinc əhaliyə qarşı hücumların dayandırılacağını güman etmək çətindir”.

Baş katib Liviya probleminin yalnız hərbi yolla həll edilməsinin mümkün olmadığını təkrarlayıb. O, Qəddafi ölərsə əməliyyatın davam etdirilib-etdirilməyəcəyi sualına cavab verməyib.


Story Code: 69933

News Link :
https://www.islamtimes.org/az/news/69933/liviyada-əməliyyatlar-nə-qədər-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org