QR CodeQR Code

Tramp “Rusiya işi” ilə bağlı ifadə verəcək

25 Jan 2018 10:54

IslamTimes - Prezident Donald Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi prokuror Robert Müllerə ifadə verəcəyini bəyan edib.


APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Tramp bildirib ki, xüsusi prokurorla görüşünü səbirsizliklə gözləyir. “Mən buna hazıram. İstərdim ki, bu mümkün qədər tez baş tutsun”, deyən dövlət başçısı R.Müllerlə yaxın iki-üç həftə ərzində görüşəcəyini bildirib.
Bundan əvvəl NBC telekanalı xəbər verib ki, ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.


Story Code: 699594

News Link :
https://www.islamtimes.org/az/news/699594/tramp-rusiya-işi-ilə-bağlı-ifadə-verəcək

Islam Times
  https://www.islamtimes.org