0
Monday 29 January 2018 - 21:00

Bəhreyn apellyasiya məhkləməsi Ayətullah İsa Qasimlə bağlı qərarını açıqladı

Story Code : 700691
Bəhreyn apellyasiya məhkləməsi Ayətullah İsa Qasimlə bağlı qərarını açıqladı
İslamazeri.com "Mehr" portalına istinadən xəbər verir ki, Bəhreyn apellyasiya məhkləməsi Ayətullah İsa Qasimlə bağlı qərarını açıqlayıb. Məhkəmə öncəki məhkəmə instansiyaların qərarını qüvvədə saxlayıb. Şiə alim Bəhreyn vətəndaşlığından çıxarılıb və bir il həbsə məhkum edilib. Ayətullah İsa Qasim hazırda ev dustağlığında saxlanılır və evinin önündə polis keşik çəkir.

Qeyd edək ki, Ayətullah İsa Qasim daha öncə əməliyyat keçirməsindən sonra iki aylıq həbsə məhkum edilmiş, İnsan Haqları təşkilatları bu addımı pisləmişdi. Bəhreynin Ali Xəlifə rejimi Səudiyyə diqtəsilə şiələrə qarşı zülmlərini dava etdirməkdədir.
Source : Islamazeri
Comment