QR CodeQR Code

Bəhreyndə şiələrin repressiyası davam edir: 2 gənc edam ediləcək, çox sayda ömürlük həbs...

Islamazeri , 1 Feb 2018 16:56

Islamtimes - Ali Xəlifə rejiminin Səud rejiminin diqtəsilə ölkənin böyük hissəsini təşkil edən şiələrə qarşı repressiv addımları davam edir


İslamazeri.com "mehr"ə istinadən xəbər verir ki, dünən Bəhreyn rejimi keçirilən məhkəmədə növbəti dəfə öz kin və qəzəbini qərarında sübut edib. Belə ki, iki şiə gənc haqqında edam hökmü çıxarıldıqdan sonra, məhkəmə 56 nəfər barəsində ömürlük həbs hökmü verib.

Rejim çox sayda bəhreynli şiə haqqında isə vətəndaşlıqdan çıxarma qərarı çıxarıb.

Ali Xəlifə rejiminin şiələr əleyhinə repressiv addımları nəticəsində bir neçə gün öncə apellyasiya məhkəməsi Bəhreynin şiə lideri Ayətullah Şeyx İsa Qasim haqqında 1 il həbs qərarını qüvvədə saxlamış, həmçinin onun vətəndaşlıqdan çıxarılmasına "hə" demişdi.

Qeyd edək ki, bir neçə gündür Bəhreynin müxtəlif şəhərlərində rejimə itaətsizlik aksiyaları keçirilir.


Story Code: 701437

News Link :
https://www.islamtimes.org/az/news/701437/bəhreyndə-şiələrin-repressiyası-davam-edir-2-gənc-edam-ediləcək-çox-sayda-ömürlük-həbs

Islam Times
  https://www.islamtimes.org