0
Friday 6 May 2011 - 13:26

Bakıda dindarlar ayağa qalxdı

Story Code : 70144
Bakıda dindarlar ayağa qalxdı
Bakıda dindarlar ayağa qalxdı
Islam times.org/az/ - Azərbaycan təhsilində hicaba qadağa məsələsi artıq yarım ilə yaxındır ki, davam edir. Bu qadağaya etiraz edənlərin bir neçəsi ağır maddələrlə həbsdə saxlanılmaqdadır.

Bu gün də Bakı dindarları hicab qadağasının aradan qaldırılması üçün Təhsil Nazirliyi qarşısında etiraz aksiyaları keçirdilər. “İslamtimes”-in müxbirinin verdiyi məlumata görə təxminən saat 11:00 radələrində Nazirliyin qarşısına gələn 1000-ə yaxın gənc “ Hicaba azadlıq!”, “Misir istefa” “Allahu Əkbər!” şüarları səsləndirdilər.

Hadisə yerinə çevik polis alayının dəstələri cəlb olunub. 1 saata yaxın davam edən aksiya zamanı çox sayda inancli həbs edilərək polis bölmələrinə aparıldı.

Polis aksiya iştirakçılarını dağıtmaq üçün dəyənəkdən və yumruq zərbələrdindən istifadə edirdi.
Qeyd edək ki, aksiya iştirakçılarının əksəriyyətini inanclı xanımlar təşkl edirdi. Xanımlar arasında da xəsarət alanlar var.
Reporter :
Source : IslamTimes
Comment