QR CodeQR Code

Avtomobil Yolları Dövlət Agentliyinin işçisi yol tikintisi zamanı yük maşınının altında qalaraq ölüb

2 Feb 2018 18:08

IslamTimes - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.
Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Story Code: 701694

News Link :
https://www.islamtimes.org/az/news/701694/avtomobil-yolları-dövlət-agentliyinin-işçisi-yol-tikintisi-zamanı-yük-maşınının-altında-qalaraq-ölüb

Islam Times
  https://www.islamtimes.org