0
Friday 2 February 2018 - 18:22

Kadırov hicabsız qadınlardan danışdı

Story Code : 701699
Kadırov hicabsız qadınlardan danışdı
R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: "Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib".
Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə - İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir. O : "Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".
Comment