QR CodeQR Code

Kadırov hicabsız qadınlardan danışdı

2 Feb 2018 18:22

IslamTimes - Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər. Trend-in məlumatına görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral - Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.


R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: "Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib".
Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə - İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir. O : "Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".


Story Code: 701699

News Link :
https://www.islamtimes.org/az/news/701699/kadırov-hicabsız-qadınlardan-danışdı

Islam Times
  https://www.islamtimes.org