QR CodeQR Code

Həbs olunan Alparslan Kuytulun həyat yoldaşı: Şübhəli qəza keçirdim, az qala öləcəkdim...

İslamazeri , 5 Feb 2018 00:21

İslamtimes - 6 gün öncə həbs olunan "Furkan" təşkilatının sədri Alparslan Kuytulun həyat yoldaşı dünən gecə avto-qəza keçirib


İslamazeri.com xəbər verir ki, 6 gün öncə həbs olunan "Furkan" təşkilatının sədri ilahiyyatçı Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul dünən gecə avto-qəza keçirib. O özü bu haqda tvitter hesabında yazıb.

"Dostumla evimdən çıxdım, geedərkən irəlidəki dördyolda sanki pusqu qurmuşdular. Sağ tərəfdə öndə oturmuşdum. Biz svetoforun sarı işığında idik, o qırmızıda və önümüzü zibil maşını ilə kəsdilər. Dünən gecə az qala öləcəkdim. Maşının qapısı içəri çökdü, bir nəfər kişi gəlib "polisə zəng etməyin" - dedi.", -deyə Semra Kuytul bildirib. O qəzanı şübhəli adlandrıb.

Qeyd edək ki, 6 gün öncə hökümətin tənqidçisi ilahiyyatçı Alparslan Kuytul həbs olunub.


Story Code: 702291

News Link :
https://www.islamtimes.org/az/news/702291/həbs-olunan-alparslan-kuytulun-həyat-yoldaşı-şübhəli-qəza-keçirdim-az-qala-öləcəkdim

Islam Times
  https://www.islamtimes.org