0
Monday 5 February 2018 - 23:40

Dünya Demokratiya Hərəkatı Bəhreyn rejiminin dinc fəallara qarşı edam qərarını sərt tənqid etdi

Story Code : 702542
Dünya Demokratiya Hərəkatı Bəhreyn rejiminin dinc fəallara qarşı edam qərarını sərt tənqid etdi
Deyerler.org Lualuatv-yə istinadən xəbər verir ki, mərkəzi ofisi Vaşinqtonda yerləşən Dünya Demokratiya Hərəkatı Ali Xəlifə rejiminin bəhreynli fəallara qarşı bu amansız qərarlarını qınayan sərt bəyanat verib: “Bəhreyn məhkəməsi 58 bəhreynli siyasi fəala sərt cəzalar verdi. Buna əsasən,19 nəfər ömürlük həbsə, 37 nəfər 5 ilə 15 il həbs və iki nəfər də edama məhkum edilib. 19 bəhreynli fəal isə edam cəzasının həyata keçirilməsini gözləyir.

Məhbuslar üçün edam cəzası statistikaları 1923-cü ildə Bəhreyn məhkəmələrinin yaranmasından etibarən bir rekord sayıla bilər. Buna əlavə olaraq, bu günə qədər 47 bəhreynli fəal da vətəndaşlıq hüquqlarından məhrum edilmişdir.

Dünya Demokratiya Hərəkatı bu amansız qərarın verilməsindən bərk narahatdır. Öz qanuni haqları üçün dinc mitinqlər keçirən Bəhreyn vətəndaşlarına qarşı verilən bu cəzaları pisləyir və onlarla həmrəy olduğunu bəyan edir. Bəhreyn hökumətindən mümkün olan ən qısa müddətdə siyasi fəalları azad etməsini və vətəndaşlıq hüquqlarını bərpa etməsini tələb edirik”.
Source : Deyerler
Comment