QR CodeQR Code

BMT İsrail rejimindən Fələstinin haqlarını qaytarmağı tələb edib

7 May 2011 09:21

IslamTimes - Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun sionist İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahodan Fələstin ərazisindən yığılmış bütün vergiləri Fələstinə qaytarmağı tələb edib.


Fələstinin FƏTH və HƏMAS təşkilatları arasında milli birlik razılaşmasının imzalanmasından sonra, sionist rejim Fələstindən yığılan vergiləri onlara təhvil verməmək qərarına gəlib, - “Rosbalt” xəbər verir.

“Baş katib Fələstinin birliyini Yaxın Şərqdə sülhün başlanğıcı kimi görür və bunun davam etdirilməsini tövsiyyə edir”, - deyə BMT nümayəndəliyindən bildirilib.

Bundan öncə sionist İsrail rejiminin qondarma maliyyə naziri Yuval Ştayniç bildirmişdi ki, onlar Fələstindən yığılan 90 milyon dollar vergini Fələstin tərəfinə verməyəcək. /Deyerler/


Story Code: 70281

News Link :
https://www.islamtimes.org/az/news/70281/bmt-israil-rejimindən-fələstinin-haqlarını-qaytarmağı-tələb-edib

Islam Times
  https://www.islamtimes.org