0
Thursday 8 February 2018 - 22:52

Suriya ABŞ koalisiyasının hücumunu hərbi cinayətkarlıq adlandırıb

Story Code : 703328
Suriya ABŞ koalisiyasının hücumunu hərbi cinayətkarlıq adlandırıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in BMT-yə təqdim etdiyi məktubda bildirilir.
“Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, - deyə Suriya XİN-i qeyd edib.   
Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur.
Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.
Comment