QR CodeQR Code

Hacı Mövsüm Səmədov həbsxanadan məktub yazıb

İslamazeri , 8 Feb 2018 13:48

Islamtimes - "Bu gün heç bir zamanda olmadığı kimi həm haqq və ədalət və həm də onun müqabilində duranlar artıq demək olar ki, bütün dünyaya bəllidir. “


Bu barədə “İslaminSesi”nə AİP liderinin yaxınları məlumat verib. Təbrik məktubunda deyilir.

“İran İslam İnqilabının 39-cü il dönümü münasibəti ilə ilk növbədə şanlı inqilabın əziz rəhbəri Həzrəti Seyid Əli Xamenei cənablarını, vilayətpərvər iran xalqını, bütün Əhli-Beyt(ə) və haqq aşiqlərini təbrik edirəm.

Hərçənd, bu ilahi fenomen və nurun yayılması məhdud bir ərazidə baş versə də, az bir müddətdə sərhədlərdən çox-çox uzaqlara yayıldı. Məzlum və müstəzəf insanlar və xüsusilə də müsəlmanlar bu inqilabın həyatbəxş təsiri ilə çaşqınlıq və azğınlıqdan çıxaraq öz hürriyyətlərinə qovuşdular və dünya müstəkbirlərinin qabağında keçilməz bir səddə çevrildilər. Yaxın Şərq məntəqəsinin müxtəlif milliyyətçi, irqçi və məzhəbi keşməkeşlərinə salaraq əsirlər boyu onların maddi və mənəvi sərvətlərini qarət və talan edən “bəşər hüquqları keşikçiləri”nin həqiqi siması aşkar oldu.

Bu gün heç bir zamanda olmadığı kimi həm haqq və ədalət və həm də onun müqabilində duranlar artıq demək olar ki, bütün dünyaya bəllidir. “


Story Code: 703409

News Link :
https://www.islamtimes.org/az/news/703409/hacı-mövsüm-səmədov-həbsxanadan-məktub-yazıb

Islam Times
  https://www.islamtimes.org