QR CodeQR Code

Səudiyyə rejiminin döyüş təyyarələri 7 nəfərlik yəmənli ailəni həlak etdi

Deyerler , 9 Feb 2018 13:59

İslamtimes - Səudiyyə rejiminin döyüş təyyarələri fevralın 8-i Yəmənin Əl-Cuf əyalətinə təşkil etdiyi hücumda 7 nəfərlik bir ailəni həlak edib.


Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Səudiyyə rejiminin döyüş təyyarələri bundan əvvəl də dəfələrlə oxşar hücumlarla Yəmən xalqını qətliam etmişdi.

Bu arada, Omanın paytaxtı Maskatda yerləşən Yəmənin Ənsarullah hərəkatının müzakirə heyəti BMT-nin Yəmən üzrə yeni xüsusi nümayəndəsinin vəzifəsinə başlamasına qədər bütün siyasi müzakirələri təxirə saldığını bildirib.

Ənsarullah hərəkatı BMT-nin Yəmən üzrə hazırki nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd və onun müavini Muin Şərif ilə müzakirəni qəbul etmir.



BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Griffitsin mart ayında vəzifəsinə başlayacağı bildirilir.


Story Code: 703412

News Link :
https://www.islamtimes.org/az/news/703412/səudiyyə-rejiminin-döyüş-təyyarələri-7-nəfərlik-yəmənli-ailəni-həlak-etdi

Islam Times
  https://www.islamtimes.org