QR CodeQR Code

Mogerini: "Aİ hər zaman fundamental azadlıqlar və insan haqların hörmətin vacibliyini vurğulayır"

9 Feb 2018 15:20

IslamTimes - "Elmar Məmmədyarovla görüşdə demokratiya, qanunun aliliyi və insan haqları məsələlərini müzakirə etdik".


APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Aİ bu məsələni qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin bir hissəsi hesab edir: “Bu istiqamətdə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlilikləri yerinə yetirməsi bizim üçün vacibdir. Buraya beynəlxalq standartlara uyğun olaraq qanuni seçkilər, sərbəst toplaşmaq və media ilə bağlı tövsiyələr daxildir.
Bu, Azərbaycanın hazırda olduğu seçki öncəsi şəraitdə xüsusilə vacibdir. Avropa İttifaqı hər zaman fundamental azadlıqlar və insan haqlarına hörmətin vacibliyini vurğulayır. Biz inanırıq ki, vətəndaş cəmiyyəti hər zaman demokratiya üçün vacibdir və biz bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik”.


Story Code: 703444

News Link :
https://www.islamtimes.org/az/news/703444/mogerini-ai-hər-zaman-fundamental-azadlıqlar-və-insan-haqların-hörmətin-vacibliyini-vurğulayır

Islam Times
  https://www.islamtimes.org