QR CodeQR Code

İsmayıl Haniyə Misirə səfər etdi

9 Feb 2018 19:09

IslamTimes - HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin rəhbərlik etdiyi nümayəndə heyəti Qəzza xalqının poblemlərini həll etmək üçün Qahirəyə səfər edib.


Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Fəvzi Burhum məsələ ilə bağlı açıqlamasında belə deyib: “Misirli rəsmilərlə görüşmək üçün Haniyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyətində Xəlil Əl-Hayyə, Ruhi Müştəhi və Fəthi Hammad iştirak edir. Bu səfər Qəzzanı fəlakətin kənarına gətirən böhranları dəf etmək və Qəzza xalqının üzləşdiyi çətinlikləri yüngülləşdirmək məqsədilə Misir rəsmiləri ilə müzakirə etmək üçün əvvəllər keçirilən görüşlərin nəticəsidir”.
 
 
 
F.Burhum səfərin, həmçinin hərəkatın Fələstin iddiasını qorumaq və Amerikanın Qüds ilə bağlı qərarına qarşı çıxmaq məsələsində etdiyi səylərin davamı olduğunu bildirib.
 
 
 
Bu arada, Misir Rifah sərhəd məntəqəsini üç günlüyə açıb.
 
 


Story Code: 703502

News Link :
https://www.islamtimes.org/az/news/703502/ismayıl-haniyə-misirə-səfər-etdi

Islam Times
  https://www.islamtimes.org