0
Saturday 10 February 2018 - 00:50

Qar ABŞ-ı iflic etdi - 1500 aviareys ləğv olunub

Story Code : 703583
Qar ABŞ-ı iflic etdi - 1500 aviareys ləğv olunub
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 1500 uçuş təxirə salınıb.
Güclü qar Çikaqonun O’Hara və Miduey, Detroytun Metropoliten Ueyd aeroportlarınıın işini iflic edib. Hər iki şəhərdə məktəblər müvəqqəti olaraq bağlanıb.
Meteoroloqların proqnozlarına əsasən, Çikaqo və Detroyta 23 sm qalınlığında qar yağacağı gözlənilir.
Comment