QR CodeQR Code

Putin və Tramp arasında telefon danışığı olub

13 Feb 2018 10:36

IslamTimes - Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.


APA-nın “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşü zamanı deyib.
“Bu dəqiqələrdə mənin ABŞ prezidenti cənab Trampla telefon danışığım olub”, deyə V.Putin bildirib.
Onun sözlərinə görə, söhbət zamanı həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.
Donald Tramp Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsağlığı verib.


Story Code: 704480

News Link :
https://www.islamtimes.org/az/news/704480/putin-və-tramp-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.org