0
Tuesday 13 February 2018 - 18:34

“Neymarsız daha güclüyük” - Messi

Story Code : 704612
“Neymarsız daha güclüyük” - Messi
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard komandasının ötən mövsümdəkindən yaxşı çıxış etdiyini bildirib.
Maraqlıdı ki, o, bunu Neymarın gedişi ilə əlaqələndirib: "Neymar əla futbolçudu və "Barselona”ya böyük köməyi dəydi. Ancaq onun gedişindən sonra oyun üslubumuzu dəyişdik və "Barselona” hazırda əvvəlkindən yaxşıdı. Neymar getdikdən sonra bu baxımdan daha güclüyük. La Liqanı qazanmaq üçün əlimizdə imkan var. Həmçinin, Çempionlar Liqasının da qalibi olmaq istəyirik”.
Qeyd edək ki, Neymar mövsümlərarası fasilədə 222 milyon avro müqabilində PSJ-yə keçib. La Liqada 23 turdan sonra turnir cədvəlinə başçılıq edən "Barselona” ən yaxın izləyicisi "Atletiko”nu 7 xal qabaqlayır. İspaniya Kral Kubokunda finala qədər irəliləyən kataloniyalılar Çempionlar Liqasında da 1/8 final mərhələsində mübarizəni davam etdirirlər.
Comment