0
Wednesday 14 February 2018 - 14:48

Yaponiyada güclü qar 15 nəfərin ölümünə səbəb olub

Story Code : 704795
Yaponiyada güclü qar 15 nəfərin ölümünə səbəb olub
APA-nın RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə Yaponiya Daxili İşlər Nazirliyinin Yanğın İdarəsi məlumat yayıb.
Ölüm halları daha çox evlərinin damlarını təmizləmək istəyən sakinlərinin yıxılması səbəbindən baş verib. Qarın ağırlığından damların çökəcəyi təhlükəsindən qorxan sakinlər təmizlik işləri apararkən bədbəxt hadisələr qeydə alınır.
Yaponiyanın bəzi əyalətlərində qarın qalınlığı 3 metrə çatır.
Comment