AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Avropa Birliyi İraq humanitar yardım üçün 400 milyon avro ayırmağı planlaşdırır", deyə Mogerini qeyd edib.
Bir müddət əvvəl İraqın planlaşdırma naziri Kusay Əbdülfəttah bildirmişdi ki, uzun illər müharibə və iqtisadi xaosdan sonra ölkənin yenidən qurulması üçün 88,2 milyard dollar pul lazımdır.