0
Thursday 15 February 2018 - 22:52

İran PKK-nın Suriyadakı mövqelərini vurdu

Story Code : 705095
İran PKK-nın Suriyadakı mövqelərini vurdu
“Report” xəbər verir ki, İrana aid qüvvələr PYD və YPG-nin işğalı altında olan Deyr əz Zor bölgəsinin Koniko təbii qaz yatağına nəzarət etmək üçün ərazini raket və artilleriya atəşinə tutub.
 
İrana aid silahlılar bölgənin şimalındakı Haşşam Mırat və Saliyıya bələdiyyələrini vurub.

Məlumata görə, ötən gecə ABŞ-ın döyüş təyyarələri Haşşam Mırata havadan hücum edib. İran qüvvələrinin ehtimal edilən hücumun qarşısını almaq üçün ABŞ hərbçiləri Koniko qaz emalı zavoduna yerləşdirilib.
 
Suriyanın ən böyük enerji yataqları Deyr əz-Zorda yerləşir. Orada hazırda 11 neft yatağı istismar olunur. Bu ərazi ötən il İŞİD-dən təmizlənərək PYD və YPG terrorçularının əlinə keçib.
Comment