QR CodeQR Code

Bəhreyn qiyamının 7-ci ildönümündə rejim yeni insan haqları pozuntularına imza atdı

17 Feb 2018 16:27

IslamTimes - Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreyn xalqının inqilabının 7-ci ildönümündə yeni insan haqları pozuntularına imza atıb.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Human Rights Watch təşkilatı fevralın 16-sı verdiyi bəyanatında, Bəhreyn xalqının, inqilabın ildönümü münasibətilə ölkənin ən azı 40 rayonunda mitinqlər keçirdiyini və bu mitinqlərdən ən azı 17-sində polis tərəfindən zorakılığa əl atıldığını bildirib.
Digər tərəfdən, “Voice of Bahrain” saytında gedən xəbərə görə, Bəhreyn xalqı fevralın 16-ı axşam saatlarında 14 fevral inqilabının 7-ci ildönümü xatirəsinə ölkənin hər yerində irimiqyaslı nümayişlər keçirib.
Xəbərdə, bəhreynlilərin Əl-Şahure, Əbu Saybə və digər bölgələrdə küçələrə çıxdığı bildirilib.
Bəhreyn xalqının Al Xəlifə rejiminin əleyhinə şüarlar səsləndirərək, inqilabçılara qarşı tətbiq olunan zorakılıqların dayandırılmasını tələb ediblər.


Story Code: 705456

News Link :
https://www.islamtimes.org/az/news/705456/bəhreyn-qiyamının-7-ci-ildönümündə-rejim-yeni-insan-haqları-pozuntularına-imza-atdı

Islam Times
  https://www.islamtimes.org