0
Saturday 17 February 2018 - 23:42

İraq Məhkəməsi İŞİD üzvü ittihamı ilə tutulmuş Rusiya vətəndaşı qadına hökm oxudu

Story Code : 705601
İraq Məhkəməsi İŞİD üzvü ittihamı ilə tutulmuş Rusiya vətəndaşı qadına hökm oxudu
İslamazeri.com "RT"yə istinadən xəbər verir ki, İraq Məhkəməsi İŞİD terror təşkilatına üzv olmaq ittihamı ilə tutulmuş Rusiya vətəndaşı Petimat Məhəmmədovaya hökm oxuyub. Məhkəmə ilk ittihamı Rusiya vətəndaşından götürərək, cəzasını yüngülləşdirib. Belə ki, "terror aruplaşmasına üzv" maddəsilə edilən ittiham ondan götürülüb və sərhədi qanunsuz keçmə maddəsilə Məhəmmədovaya 1 il həbs cəzası verilib.

"Əvvəllər Almaniyada yaşayan, Rusiya vətəndaşına - Petimat Məhəmmədovaya yüngül və ədalətli hökm çıxarıldı", - deyə Rusiya Federasiyası Şurasının sədr müavini, Çeçenistan dövlətinin Yaxın Şərq və Afrika ölkələrindəki məsul şəxsi Ziyad Sabsabi qeyd edib.

Sabsabi bildirib ki, qadının İraqdakı döyüş zonasında öz istəyilə gəlməməsi və İraq xalqına ziyan vermədiyi təsbit edildikdən sonra, ona bu hökmü vermək mümkün olub.

Qeyd edək ki, Çeçenistan prezidenti Ramzan Kadırov dekabr ayında verdiyi açıqlamada İraqın həbsxana düşərgələrində bir qrup Rusiya vətəndaşlarının olduğunu bildirmişdi.
Source : İslamazeri
Comment