QR CodeQR Code

Həcc ziyarətinə getmək üçün cəmi 200 nəfər müraciət edib

19 Feb 2018 16:31

IslamTimes - Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-ə yaxın insan müraciət edib. Bu barədə “Trend”ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.


Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 200-ə yaxın insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.
Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.


Story Code: 706107

News Link :
https://www.islamtimes.org/az/news/706107/həcc-ziyarətinə-getmək-üçün-cəmi-200-nəfər-müraciət-edib

Islam Times
  https://www.islamtimes.org