0
Wednesday 21 February 2018 - 18:22

Kürdlərin təmsilçisi: "Suriya Ordusu Afrindədir"

Story Code : 706574
Kürdlərin təmsilçisi: "Suriya Ordusu Afrindədir"
APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə açıqlamasında yerli kürd "özünümüdafiə qüvvələri"nin nümayəndəsi Reyzan Xedu deyib.
R. Xedu Türkiyə artilleriyasının zərbələrindən sonra Suriya qüvvələrinin geri çəkilməsi barədə Türkiyə tərəfinin açıqlamalarını təkzib edib. O, qüvvələrin artıq Afrində olduğunu bildirib. R. Xedu qeyd edib ki, kürdlər mütəmadi olaraq Suriya ordusu, Dəməşq və Afrindəki rəhbərliklə təmasdadır.
Comment